Daha bir quru yük gəmisi Ukrayna limanını tərk edib

  • By admin
  • 13 Avqust 2022 14:00

Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” quru yük gəmisi Ukraynanın Çernomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir.

Gununsesi.info bildirir ki, bunu “Marine Traffic” gəmi izləmə xidmətinin məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, gəmi Ukrayna sahillərindən iki dəniz mili aralıda olub.

Göyərtəsində 2 900 ton yük olan “Thoe” Türkiyənin Tekirdağ limanına yollanır.

Gununsesi.info