Daha iki bank dollar satışını dayandırdı

  • By admin
  • 10 Noyabr 2016 13:05

bank

Bu gün dollar satmayan bankların sırasına daha 2-si əlavə olunub.

Gununsesi.info-nun xəbər verir ki, Azərbaycan Sənaye Bankı və Pakistan Milli Bankının Bakı filialı ABŞ valyutasının satışını dayandırıb.

Qeyd edək ki, bu günədək bu banklar dolları limitlə satırdı. Pakistan Milli Bankının Bakı filialı noyabrın 8-də 2 000 dollarlıq limitlə valyuta satırdı. Bu gün isə ümumiyyətlə valyuta satmadıqlarını bəyan ediblər.

Azərbaycan Sənaye Bankı isə valyutanı limitsiz satırdı.

Gununsesi.info