Danimarkadan anlaşılmaz addım: Dini obyektlərə həqarətə görə cəza nəzərdə tutan qanun ləğv edildi

  • By admin
  • 03 İyun 2017 21:55

daniya

Danimarka parlamenti (Folketinq) 334 il əvvəl qəbul edilmiş və küfrə görə cəza nəzərdə tutan 140 nömrəli maddənin cinayət məcəlləsindən çıxarılması üzrə layihəni səs çoxluğu ilə bəyənib.

Gununsesi.info bildirir ki, bu barədə məlumat yayan Danimarka KİV-ləri qeyd edirlər ki, küfrə görə cəza 1683-cü ildə tətbiq edilib.

Ötən əsrin 30-cu illərində müəyyən dəyişikliklərə məruz qalan bu maddə Krallıqda rəsmən qəbul edilmiş dinləri təmsil edən dini obyektlərə qarşı təhqiredici addımlara görə cərimələr və həbs etməyə qədər müxtəlif cəzalar nəzərdə tuturdu. Müqəddəs kitablar da belə obyektlər sırasında idi.

Həmin maddənin qüvvədə olduğu bütün tarix ərzində yalnız iki adam təqsirli bilinmiş və onlar barəsində küfrə görə hökmlər çıxarılmışdır.

Folketinq deputatları bu maddənin cinayət məcəlləsindən çıxarılması üçün çox cəhdlər göstəriblər, ancaq yalnız indi buna nail olublar. Deputatlar Folketinqin saytında xüsusi müraciətlə çıxış edərək bildiriblər ki, öz fikrini ifadə etmək azadlığına müdaxilə yolu ilə dini müdafiə etməyi vacib saymırlar.

Qeyd edək ki, 2015-ci ildə Müqəddəs Qurani-Kərimi necə yandırdığını lentə alan Danimarka vətəndaşı gələn həftə bu maddə üzrə məhkəmə qarşısına çıxmalı idi.

Gununsesi.info