
Kremlin “danışan dili”sayılan Vladimir Jirnovskinin SSRİ-nin bərpası, Qarabağ probleminin həlli ilə bağlı son açıqlamalarını bir çoxları seçkiöncəsi təbliğat kampaniyasında özünə reytinq toplamaq kimi dəyərələndirsə də, bunun arxasında ciddi niyyətlərin göründüyü də açıq-aydın hiss olunmaqdadır.
Jirnovskinin bu fikirlərini ciddiyə almamağı tövsiyyə edən ekspertlərin fikrincə, bu birinci dəfə deyil və indiyədək V. Volfoviç indiyədək dəfələrlə Qarabağ konfliktinin yeganə həll yolunun SSRİ-nin bərpası barədə fikirlər səsələndirib. Guya bu fikirlər Kremlin rəsmi mövqeyini əks etdirmir. Odur ki, onun səsləndirdiyi fikirləri ciddiyə almaq lazım deyil.
Düzdür, Vladimir Volfoviç bu fikri bir neçə dəfə səsləndirib. Ancaq bu fikirlər elə də uzaq keçmişdə olmayıb. Vladimir Volfoviç Qarabağın yeganə həll yolunu Rusiya birləşdirmək barədə fikri son bir ildə səsləndirməklə gündəmə gətirib. Məqsəd isə aydındır … Bu Kremlin Cənubi Qafqazla bağlı məkrli planlarından xəbər verir. Ona görə də Vladimir Volfoviçin bu açıqlamalarını ilk növbədə münaqişə tərəflərinə bir təhdid mesajı kimi dəyərləndirmək lazımdır.
Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, Volfoviçin bu açıqlamaları təkcə Azərbaycanda deyil, eyni zamanda Ermənistanda da ciddi etirazla qarşılanıb. Çünki Volfoviç ermənilərə münasibətdə daha aşağılayıcı ifadələr işlədib. Volfoviçin ermənilərə münasibətə işlətdiyi aşağılayıcı ifadələr bir həqiqətdir və ermənilərə Cənubi Qafqazda yoxdan bir dövlət yaradan Rusiyadır və bu subyektin də təhlükəsizliyinin təminatçısı Moskvadır. Lakin erməniləri narahat edən və xətirlərinə dəyən məqam onların Kremlin və digər güclərin əlində alət olmasıdır. Və bu fikri ermənilərdən bir alət kimi istifadə edən mərkəzlər tərəfindən dilə gətirilərək aşağılanmasıdır. Ermənilərin inciməsinə baxmayaraq buna qarşı hər hansı etiraz formasını ortaya qoya bilməməsidir. Bu isə onların acizliyinin göstəricisidir.
İkincisi, Vadimir Volfoviçinin dili ilə Kreml belə bir mesaj verməklə həm münaqişə tərəflərinə, həm də dünyaya münaqişənin açarının bir daha onlarda olduğunu demək istəyir. Lakin Qarabağ münaqişəsinin həlli Kremlin marağında deyil. Kreml “nə hərb, nə sülh” prinsipinə əsaslanaraq öz nəzarətində saxlayır. Bu münaqişədən öz maraqları üçün istifadə edir.
Üçüncüsü, Kreml Qarabağ kartından istifadə edərək bögədə öz planlarını reallaşdırmaq istəyi güdür və bu da hamıya gün kimi aydındır. Yəni bölgənin onun nəzarətində olduğunu və bundan sonra da bölgəni öz təsir dairəsində saxlayaraq, mövqeyini daha da dərinləşdirmək niyyətini dünyaya bəyan etmək istəyir.
Bu yaxınlarda amerikalı diplomat Con Herbest erməni mediasına açıqlamasında Qarabağ münaqişəsi, onun həlli yolları, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ABŞ-ın roluna toxunaraq qeyd edib ki, indiki mərhələdə ABŞ-ın bu məsələdə aktivliyini gözləməyə dəyməz. ABŞ-ın ATƏT MQ həmsədr ölkə olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində roluna gəldikdə diplomat qeyd edib ki, Vaşinqton heç vaxt Qarabağ məsələsinin tənzilənməsinə lazımi səviyyədə diqqət ayırmayıb: “Əgər ABŞ Qarabağ məsələsinin həllində aktiv mövqe sərgiləməyəcəksə, o zaman deməli Ağ Ev bu məsələdə Rusiyanın münaqişə tərəflərinə təsir etmək iqtidarında olan yeganə dövlət olduğunu bilir və onun böyük rolunu qəbul edir. Kreml isə bölgədə ancaq gərginlik yaratmaqla məşğuldur. Ancaq müharibənin alovlanmasına imkan vermir. Bununla da yaranmış vəziyyəti öz məqsədləri üçün idarə edir”.
O əlavə edib ki, Moskva münaqişənin həllində maraqlı olmadığından nə hərbin,nə də sülhün tərəfdarıdır: “ Kreml Qarabağda sülhün təmin olunmasında maraqlı deyil. Moskva bölgədə gərginlik yaratmaqla maksimum dərəcədə özünün Cənubi Qafqazda təsir dairəsini möhkəmlətmək istəyir”.
Məhz ona görə də Volfoviç dünyada gedən prosesləriin indiki vəziyyətində Kremlin SSRİ-ni bərpa etməsi ideyasını münasib saydığı üçün məsələni aktuallaşdıraraq gündəmə gətirib. Kreml yaxşı analyır ki, onların bu ideyasının rallaşmasına qarşı çıxacaq yeganə güc Vaşinqton ola bilər. Vağınqtonun da başı hazırda daha ciddi proseslərə qarışıb və bu niyyətin qarşısını almağa elə də gücü yetməyəcək. Odur ki, Kreml bu durumdan maksimum yararlanmağa çalışır və planlarını maksimum həyata keçirmək istəyir.
SSRİ-nin hansısa formada bərpası ideyasını Putin və digər Kreml təmsilçiləri də bunu gizlətməyərək müxtəlif forma və variantlarda dilə gətiriblər. Elə Putinin Avrasiya İqtisadi İttifaqı bunun bariz göstəricisidir. Putin bu qurm vasitəsi ilə keçmiş SSRİ ölkələrində mövqeyini tədricən möhkəmlətməklə nail olmaq istəyir. Bu yaxınlarda Rusiya XİN başçısı Sergey Lavrov da Tacikstanın, Türkmənistanın, Özbəkistanın da Putinin reallaşdırmaq istədiyi birliklərə qoşulması istiqamətdə danışıqların getdiyini və ilkin razılığın əldə edilməsi barədə fikir səsləndirmişdi. Və o zaman Lavrov Azərbaycanı da bu birliklərdə görmək arzusunda olduğunu dilə gətirmişdi. Bütün bunları nəzərə alaraq demək olar ki, Vladimir Volfoviçin bəyanatını təsadüfi və ya qeyri-ciddi hesab etmək olmaz. Əksinə onun bəyanatların yaradacağı təhlükələrin qarşısını almaq üçün priventiv tədbirlər görmək istiqamətində ciddi fəaliyyət göstərmək lazımdır.
Hələ bir müddət Qərb analitikləri və beyin mərkəzləri də 2018-ci ildə mart ayında keçiriləcək prezident seçkilərindən sonra Putinin daha sərt xarici siyasət yürütməsi və maraqlarının təmin olunması istiqamətində dünyanı narahatedici məqamları barədə fikirlər səsələndiriblər. Onlar da Kremlin SSRİ-nin hansısa formada bərpasından narahat olduqlarını dilə gətiriblər. Avropa ölkələri Kremlin bu niyyətini ciddiyə alır və bundan ciddi narahatçılıq keçirirlər.
Elə bu günlərdə ABŞ Milli Kəşfiyyat Agentliyinin yaydığı hesabatda da bu məsələlərə geniş yer ayrılıb. hesabatda Kremlin keşmiş SSRİ ölkələrinəyönəlik siyasəti və mart seçkisindən sonra bu siyasətin daha sərt formada realalşdırlması istiqamətdə addımaların atılacağı barədə fikirlər yer alıb. Hesabatda Kremlin Belarusun, Ukraynanın, Gürcüstanın Qərbə inteqrasiyasına mane olması. eyni zamanda Qarabağ münaqişəsi ilə bağlı fikirlər yer alıb. Qarabağla bağlı məqamda Rusiyanın hər iki tərəfə təzyiq edərək Cənubi Qafqazda mövqeyini möhkəmləndirməsi öz əkisni tapıb.
Bunları nəzərə alan ABŞ Rusiyaya təzyiqlərini artırmaqla Kremlin bu planlarının qarşısını almağa çalışır. Ağ Evin son sanksiyaları və yaxında gözləniləsək yeni sanksiyası da məhz Kremlin revanş siyasətinin qarşısını almağa yönəlib. Yəni Ağ Ev bu yolla Kremlin irticaçı xarici siyasət kursundan geri çəkindirmək istəyir.
Bax bu sənəd də Vladimir Volfoviçin niyyətinin qeyri-ciddi yox, ciddi olduğunu deməyə əsas verir. Bu bir daha Kremlin yaxın gələcəkdə bölgədə məkrli planlar reallaşdıracağından xəbər verir. Odur ki, cəmiyyət olaraq buna hazır olmalı və bu təhlükələrə qarşı birgə müqaviməti təşkil etməliyik.
Mürtəza Bünyadlı
Gununsesi.info












