
Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.
Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












