Daşkəsəndə MÜŞAVİRƏ KEÇİRİLDİ (FOTO)

  • By admin
  • 27 Fevral 2018 17:26

Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq 100 saylı Şəmkir-Daşkəsən, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairələrinin Daşkəsən rayonu ərazisində olan məntəqə seçki komissiyalarının sədrləri, rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə geniş tərkibdə müşavirə keçirilib.

Gununsesi.info xəbər verir ki, Daşkəsən Rayon İcra Hakmiyyətinin Başçısı Əhəd Abıyev müşavirəni açıq elan edərək çıxışında vurğulamışdır ki, ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar hazırda rayonun seçki məntəqələrinin zəruri avadanlıq və seçki günü lazım olan digər vasitələrlə təmin edilməsi üçün hazırlıq işləri yüksək səviyyədə aparılır.

Əhəd Abıyev bildirmişdir ki, özünün iştirakı ilə rayon ərazisində olan 42 seçki məntəqəsinin hər birinin maddi-texniki hazırlıq vəziyyəti ilə tanış olmaq üçün yerində baxış keçirmişdir.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin ədalətli, şəffaf, demokratik və yüksək səviyyədə və mütəşəkkil keçirilməsi, vətəndaşların rahat səsverməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün seçki məntəqələrinin tam hazırlıq vəziyyətinə gətirilməsi işinə köməklik göstərilməsi yerli icra hakimiyyətlərinin üzərinə düşür.

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev maddi və texniki sahədə baş verə biləcək hər hansı bir nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görülməsi üçün aidiyyəti üzrə öz tapşırıq və tövsiyələrini verib.

Müşavirədə seçki məntəqələrinin seçkilərə hazırlanması, maddi-texniki bazasının gücləndirilməsi, lazımi avadanlıq və texniki vasitələrlə təmin edilməsi, seçki məntəqələrinin ətrafının və məntəqələrə aparan yolların abadlaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi , məlumat lövhələrinin yerləşdirilməsi, rabitənin təşkili, ictimai asayişin qorunması və Seçki Məcəlləsi ilə yerli icra hakimiyyətlərinə və bələdiyyələrə həvalə olunmuş digər məsələlərin icra vəziyyəti hər tərəfli müzakirə olunub.

Gununsesi.info