David Silva İngiltərə çempionatında 200-cü qələbəsini qeyd edib

  • By admin
  • 29 Sentyabr 2019 16:49

Liverpulun “Everton” futbol komandası üzərində qələbə “Mançester Siti”nin kapitanı David Silva üçün İngiltərə çempionatında 200-cü qalibiyyət olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə “şəhərlilər”in rəsmi saytı bildirib.

Qeyd edilir ki, bu nailiyyəti əldə etmək üçün futbolçu 289 matç keçirib. İspaniyalı premyer-liqanın tarixində buna hamıdan daha tez nail olub.

Otuz üç yaşlı Silva “şəhərlilər”in heyətində 2010-cu ildən çıxış edir. Bu vaxt ərzində oyunçu dörd çempion mükafatını qazanmağa nail olub.

Daha əvvəl bildirilirdi ki, “Mançester Siti” klubu futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda “Sauthempton” üzərində qələbə qazanıb. Sauthempton şəhərinin “Sent-Meris” stadionunda keçən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Mançester Siti”yə qələbə gətirən qolları David Silva və Serxio Aquero vurub. Üçüncü top avtoqol kimi Ceyms Uord-Prausun adına yazılıb.

 

 

 

Gununsesi.org