David Zalkalianinin Azərbaycan və Türkiyə sevgisi - " ONLAR İLƏ STRATEJİ TƏRƏFDAŞLIQ BİZİM ÜÇÜN VACİBDİR"

  • By admin
  • 04 Sentyabr 2019 20:31

“Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq Gürcüstan üçün önəmlidir”.

Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının növbəti üçtərəfli görüşünün Tbilisidə keçirilməsi planlaşdırılır.

D.Zalkaliani deyib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə əhəmiyyətli enerji və tranzit layihələr üzrə fəal əməkdaşlığı davam etdirir.

 

Gununsesi.org