Daxili işlər nazirinin olduğu vertolyot QƏZAYA DÜŞÜB

  • By admin
  • 17 Fevral 2018 10:24

Meksikada daxili işlər naziri Alfonso Navarreteni və Oaxaka ştatının qubernatorunun olduğu vertolyot qəzaya düşüb.

Gununsesi.info “Qafqazinfo” ya istinadən məlumat verir ki, məmurların olduğu hərbi vertolyot zəlzələdən zərər çəkən bölgələrin üzərindən yoxlama uçuşu həyata keçirirdi.

Vertolyotun düşməsi nəticəsində yerdə olan iki nəfər ölüb. Göyərtəsində olan nazirlə qubernator isə yüngül xəsarətlərlə xilas ola biliblər.

İlkin məlumata görə, vertolyot 30 metr yüksəklikdə idarəetməni itirib və avtomobilin üzərinə düşüb.

Gununsesi.info