Daxili orqanında heroin aşkar edilib

  • Müəllif: admin
  • 21 Sentyabr 2017 13:43

heroin-300x225
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.  

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info