“Dedi ki, onu sevməlisən, yoxsa…” - Xalq artisti sevgisini etiraf etdi / FOTO

  • By admin
  • 15 Yanvar 2020 15:32

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əjdər Həmidov “Hər şey daxil” verilişində qonaq olub. 

Gununsesi.org  “Yeni Sabah”a istinadən  xəbər verir ki, o, efirdə gözlənilməz etirafı ilə hər kəsi təəccübləndirib. Ə. Həmidov “Kişi sözü” filmində aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini həqiqətən sevdiyini etiraf edib.

Aparıcı Tarix Əliyevin (Tolik) Ə.Həmidova ünvanladığı “Kişi sözü” filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?” sualından sonra aktyor bunu deyib:

“Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım  Solmazı sevir. Dedi ki, “Əjdər, sən Sənubəri sevməlisən, yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim “Cahangir müəllim, sevmək bəyəm “zakaz”ladır?” Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu – 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi”.