Türkiyənin məşhur müğənnilərindən biri olan Demet Akalın “Survivor” yarışmasında iştitak edən Burçak adlı xanıma mesaj göndərib.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, yarışmanın bütün bölümlərini izləyən ifaçı bu dəfə adıçəkilən xanımın sözlərinə bərk əsəbləşib.
O, sosial media hesabında onun ünvanına yazıb: “Bu Burçak yarışmadan çıxdığı gün zurna çaldıracam. Nə tərbiyəsiz qızsan. Bir anaya neçə dəfə “Səmaya bax, ağlayır” dedin. Yazıqlar olsun”.
Qeyd edək ki, “Survivor”da komandanın biri uduzduğu üçün Səma adlı qadın ağlayıb və oğlu üçün darıxdığını bildirib. Hamı Səmanı sakitləşdirməyə çalışsa da, Burçak ona gülüb.
Gununsesi.info