Demokratik Toplum Koqressinə qarşı əməliyyat keçirilib

  • By admin
  • 19 İyul 2017 13:40

10

Türkiyənin Diyarbəkir vilayəti başda olmaqla bir neçə bölgəsində kürdləri özündə birləşdirən Demokratik Toplum Koqressinin (DTK) üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında Demokratik Toplum Koqressin yüksək rütbəli keçmiş rəhbəri Necdət İpekyüz, Şemsetten Qoç, Səlcuq Mızraklı ilə yanşı daha 7 nəfər şübhəli şəxs qismində saxlanıldığı bildirilir.

Belə ki, əməliyyata Diyarbəkir Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında start verilib.

Qeyd edək ki, saxlanılan şəxslər ifadələri alınmaq üçün Diyarbəkir Təhlükəsizlik İdarəsinə aparılıb.

Anar

Gununsesi.info