Yeni bir araşdırmada bildirilir ki, dəniz kənarında yaşamaq insan ömrünü uzada bilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, daha uzun və sağlam həyat yaşamaq istəyənlər üçün klassik siyahıya yeni bir tövsiyə əlavə edilib: Çimərliyə yaxın yaşamaq.
Ohayo Dövlət Universitetinin tədqiqatçıları 66,263 nəfərin siyahıyaalma qeydlərini araşdıraraq, gözlənilən ömür uzunluğu ilə su obyektlərinə yaxınlıq arasındakı əlaqəni təhlil ediblər.
Nəticələr göstərir ki, dəniz sahilində yaşayanlar orta yaşdan bir il çox yaşayır, şəhərlərdə yaşayanlar isə daha qısa yaşaya bilər.
Tədqiqata rəhbərlik edən ekoloji sağlamlıq alimi Jianyong Wu, “Sahil bölgələrində yaşayan insanların orta ömür müddətinin 79 il olduğundan ən azı bir il daha çox yaşaması gözlənilir. Bunun əksinə olaraq, şəhər yerlərində yaşayanların orta ömrü 78 ilə qədər azalır” deyib.
Orxan












