Depressiyadan xilas olmağın ən yaxşı və təbii üsulları

  • By admin
  • 21 Avqust 2017 20:20

depressiya

Təəssüf ki, hətta azyaşlıların depressiyaya düşdüyü bir dövrdə yaşayarıq. Depressiya, demək olar ki, artıq zamanın ən çox yayılmış xəstəliyinə çevrilib. Bu xəstəliyə səbəb isə monoton keçən həyat, yaşanmış bəzi mənfi hadisələrdir.

Bu xəstəlikdən yaxa qurtarmağın yolu isə təkcə psixoloqa müraciət etmək deyil. Sadə üsullarla da depressiyanı aradan qaldırmaq mümkündür.

Gununsesi.info depressiyaya qarşı mübarizənin ən sadə və effektli yollarını oxucularına təqdim edir.

Pozitiv düşünmək

Pozitiv düşüncənin gücü təkcə psixoloji deyil, elmi cəhətdən də təsdiqlənmişdir. Beynin sağlam inkişafı və insanın özünə müsbət yönlü yollar aça bilməsi üçün pozitiv düşünmək vacibdir. Bununla da özümüzü mənfi auradan xilas etmiş olarıq.

İdman

Həkimlər insanın fiziki cəhətdən sağlamlığının onun əhvalına təsir etdiyini bildirir. Hərəkətsizlik hormonların inkişafdan qalması ilə nəticələnir. Bu isə insanı depressiyanın astanasına itələyir. İdman və piyada gəzmək fiziki gücü artırmaqla yanaşı, depressiyanı aradan qaldırır.

Ev işləri görmək

Ev işləri görülmə müddətindən asılı olmayaraq depressiyanın aradan qalxmasında effektli vasitədir. Belə ki, bu zaman insanda hədəfi yerinə yetirmə duyğusu yaranır. Müntəzəm olaraq hər gün 20 dəqiqə ev işi ilə məşğul olmaq depressiyanın məhv edilməsinə kömək edir.

Yoqa

Yoqanın insana müsbət təsiri çox vaxt ciddi qarşılanmasa da, bu, həqiqətən belədir. Müntəzəm olaraq yoqa ilə məşğul olan insanlar bədənlərinə sistemli şəkildə nəzarət etdiyi və nəfəs məşqi ilə məşğul olduqları üçün beyinlərinin pozitiv düşüncəyə köklənən hüceyrələri yaxşı inkişaf edir. Bu da, əlbəttə ki, depressiyanı aradan qaldırır.

Sağlam qida

“Sağlam bədəndə sağlam ruh olar” kəlamını atalarımız səbəbsiz deməyib. Sağlam bədənə sahib olmaq üçün isə xeyirli qidalara üstünlük vermək mütləqdir. Depressiyadan uzaq olmaq üçün tərkibində bol şəkər və karbohidrat olan qidaları menyumuzdan uzaqlaşdırmağımız məsləhətdir.

Gununsesi.info