Deputat ərzaq yardımı etdiyi ailənin fotosunu yaydı -TƏNQİD HƏDƏFİNƏ ÇEVRİLDİ/FOTO

  • By admin
  • 31 May 2022 16:57

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı sosial şəbəkə tənqid hədəfinə çevrilib.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb Fəzail Ağamalının ərzaq yardımı etdiyi ailənin fotosunu sosial şəbəkə hesabında yayması olub.

Belə ki, Fəzail Ağamalı “Salyan rayonu Həsənli kənd sakini çoxuşaqlı, aztəminatlı Süleymanova Sevincin ailəsini köməkçim Xidmət Orucov ərzaq yardımı ilə ziyarət etdi” başlıqlı foto paylaşıb.

Sosial şəbəkə istifadəçiləri isə Fəzail Ağamalını sərt ifadələrlə tənqid edib.

 

Gülnar Məmmədli

Gununsesi.info