Vətəndaşların Bakıya giriş-çıxışının qapadılması təklifi Milli Məclisdə etiraza səbəb oldu – DEPUTAT HƏMKARINI QINADI

  • By admin
  • 17 Mart 2020 10:43

“Milli Məclisin beşinci çağırışında bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsi hazırdır”.

Gununsesi.org-un məlumatına görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, Rəqabət Məcəlləsi altıncı çağırış parlamentin gündəliyinə salınmalıdır.

“Rəqabət Məcəlləsi qəbul edilsə, sahibkarlıq daha da inkişaf edər. Ancaq görünür ki, bəzi məmurlar Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşıdır”, – deyə V.Əhmədov bildirib.

Deputat Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub.

“Deputat Fazil Mustafa təklif edir ki, Bakıya giriş-çıxış bağlansın. Bu nə deməkdir? Bakıya gündəlik kənd təsərrüfatı məhsulları bölgələrdən gəlir”, – deyə V.Əhmədov söyləyib.

Gununsesi.org