Deputat Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi ilə görüşüb

  • By admin
  • 10 Noyabr 2017 12:49

Millət vəkili Qənirə Paşayeva Malayziya və Taylandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi ilə görüşdə köçkün qadınlardan danışıb. 

Gununsesi.info-nun xəbərinə görə, Malayziya Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Sariman Mohamad Sabudin ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Malayziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Müzakirələr zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva görüş zamanı Azərbaycanın mədəniyyəti, turizm və iqtisadi potensialı ilə də bağlı geniş danışıb və Malayziya Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Sariman Mohamad Sabudini ölkəmizə dəvət edib.

Malaziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Malayziya Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Sariman Mohamad Sabudin iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
Millət vəkili Q.Paşayeva Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəriyi ilə də görüşüb. Millət vəkili Q.Paşayeva Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Khunying Natthika Vattanavekin Angubolkul və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Khunying Natthika Vattanavekin Angubolkul və rəhbərlik etdiyi nümayəndə heyətinə məlumatlar verib, fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib.
Gülnaz Qənbərli
Gununsesi.info