Deputat ehtiyatsızlıq nəticəsində özünü öldürdü…

  • Müəllif: admin
  • 19 İyun 2019 15:25

Ukrayna Ali Radasının deputatı faciəvi şəkildə dünyasını dəyişib.

Gununsesi.org-un “Strana.ua” portalına istinadən verdiyi xəbərə görə, “Milli Cəbhə” partiyasının üzvü olan Dmitri Tımçuk Kiyevdə evində silah təmizləyən zaman özünü güllələyib.

46 yaşlı millət vəkili hadisə yerindəcə keçinib.

Hadisənin təfərrüatları araşdırılır.

Gununsesi.org