Deputatlar: “Qanuna əlavələr korrupsiya ilə mübarizədə səmərə verməyəcək”

  • By admin
  • 08 Sentyabr 2016 13:45
millimeclis-2015_40
 
“Korrupsiyaya qarşı mübarizə haqqında”  qanunana nəzərdə tutulan dəyişikliklər millət vəkillərinin ciddi etirazına səbəb oldu.
Gununsesi.info xəbər verir ki,  Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında”  qanuna edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev  bildirib ki, qanunun 11-1 maddəsinə nəzərdə tutulan dəyişikliklər real həyatda səmərə verməyəcək. “Ona görə ki, Azərbaycanda  dövlət orqanının rəhbərinin xəbəri olmadan  korrupsiya fakt baş verə bilməz. Aşağı vəzifədə çalışan şəxs kimdənsə rüşvət ala bilər, ancaq nmümkün deyil ki,  təşkilatda baş verən korrupsiya faktından   rəhbərin xəbəri olmasın. Çünki korrupsiya rəhbərin xeyir-duası ilə  həyata keçirilir. O baxmdan qanuna nəzərdə tutulan dəyişiklik lazım səmərəni  verməyəcək”- deyə, millət vəkili vurğulayıb.
Q.Həsənquliyev qanun 11-2 maddəsinə gəldikdə isə gəldikdə isə bildirib ki,  bu yerində olan təklifdir və saxlanılmalıdır. Millət vəkili onu da əlavə etdi ki, korrupsiya faktı ilə bağlı şikayətlər Baş Prokurorluq yanında Korrupsiya İdarəsi baxır: “Ancaq şikayətlərin baxılmasına əvvəlcə yenə də Baş Prokurorluq baxır. Prokurorluq da öz növbəsində daxil olan Korrupsiya İdarəsinə tövsiyyə edir ki, filan qədər şikayətə bax, qalanlarına yox. Bu, belə olmaz ki?!  Hesab edirəm ki, şikayətlərə ancaq Korrupsiya İdarəsi baxmalıdır”. 
Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, qanuna nəzərdə tutulan dəyişiklik sanki sənə səndən şikayətim var misalına bənzəyir. “ona görə də qanuna nəzərdə tutulan 11-1 maddəsi işləməyəcək. “Çünki nəzərdə tutulan təkliflər Azərbaycan reallığına uyğun hazırlanmayıb. Kim öz rəhbəri haqqında şikayət verəcək. Bu,  mümkün olan deyil. Onun gizliliyini necə qorumaq mümkün olacaq. Rəhbər istənilən halda həmən şəxs barəsində məluamt alacaq və onu müxtəlif formalardan istifadə edərək işdən azad edəcək. Azərbaycanda rəhbərlər tənqidlərə dözümsüz yanaşırlar. Ölkədə  tənqidlərə dözümlü yanaşan yeganə şəxs dövlət başçısı İlham Əliyevdir. Odur ki, qanuna dəyişiklik daha dərindən işlənilməyib. Ona görə də qanun yenidən Azərbaycan reallığına uyğun hazırlanmalıdır. Əks təqdirdə bu dəyişikliklər səmərə verməyəcək”- deyə, Ç.Qənizadə bildirib. 
Deputat Rafael Cəbrayılov isə qeyd edib ki, korrupsiya ancaq idarə və müəssisə rəhbərinin xeyir-duası ilə həyata keçirilir: “Ola bilməz ki, onsuz hər hansı korrupsiya baş versin. Bu, mümkün olan şey deyil. Ona görə də qanuna dəyişiklik reallığa uyğun hazırlanmalıdır. Yoxsa, bu, səmərə verməyəcək”.
Millət vəkili Azay Quliyev də qanuna nəzərdə tutulan təkliflərin nə qədər mütərəqi olsa da, bu əlavələr Azərbaycan reallığında z effektini verməyəcək və əlavə problemlər yaradacaq. Odur ki, qanun layihəsinə bir daha baxılıb daha təkmil formada hazırlanmalıdır.
Komitə sədri Əli Hüseynli  müzakirələrdə səslənən fikirləri nəzərə alaraq bildirib ki,  nəzərdə tutulan dəyişikliklərin reallığa uyğun və yaxud da  səmərəli olub-olmamasından asılı olmayaraq,  korrupsiyaya qarşı mübarizənin başqa sivil forması yoxdur. “Amma dediklərinizdə də müəyyən həqiqətlər var. Odur ki, qanuna nəzərdə tutulan təkliflər hamı tərəfindən mütərəqqi ideya kimi  qəbul edildiyindən, tkliflərin Milli Məclisin plenar iclasında müzakirə olunması üçün tövsiyyə edək. Ancaq Milli Məclisin plenar sessiyasınadək təşəbbüskar tərəfin nümayəndələri, Korrupsiya İdarəsi, Prezident Administrasiyasının və millət vəkillərinin iştirak ilə işçi qaydada  məsələ bir daha ciddi müzakirə olunsun”- deyə, Ə.Hüseynli bildirdi.
Qeyd edək ki, qanuna əlavə edilən yeni 11-1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və
Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək.
Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək.
Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək.
Eyni zamanda, maddə 11-2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir.
Maddədə həmçinin,  səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə məsuliyyətə cəlbetmə təsbit olunur.
Mürtəza Bünyadlı
Gununsesi.info