Deputatların maaşı artırılmalıdır - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 07 Noyabr 2017 12:42
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib. 
Gununsesi.info-nun məlumatına görə, S.Novruzov bu gün Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.
Onun sözlərinə görə, büdcədə növbəti ildə büdcə strukturlarının və digər qurların maaşlarının artırılması nəzərdə tutulsa da, deputataalrın maaşı artırılması  nəzərə tutulmur.
“Niyə belə ayrı-seçkilik qoyulub. Büdcədə dövlət strukturunda çalışanların maaşlarının 20 fazi artırılması, yuxusunda nəsə görüb duranların maaşlarının artırılması nəzərdə tutulsa da, Milli Məclisdə çalışanların maaşlarının artırılması nəzərdə tutulmur”- deyə, komitə sədri vurğulayıb.
Komitə sədri bildirib ki, bu gün Milli Məclisin illik büdcəsi cəmi 600-700 min manat civarında artırılır. Parlamentin illik büdcəsi heç bir rayonun büdcəsi qədər deyil. Belə yanaşmaq olmaz. Axı bu gün qaçan da qovan da Milli Məclisə üz tutur. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlərə sinə gəlir. İstər xarci ölkələr, beynəlxalq təşkilatlar, istərsə də daxildə vətəndaşların problemi olsun”- deyə, S. Novruzov bildirib.
O əlavə edib ki, bu gün parlamentin 50 ölkə ilə dostluq qrupu var, heç olmasa bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 ildən bir görüş keçirilməlidir: “Onlara Azərbaycan ahqqında məlumat verməliyik  ya yox. Bu gün ölkəyə qonaqlar dəvət edilir.  Səfərlər olur.  Beynəlxaql təşkialtlarda Azərbaycana qarşı hücumların qarşısında deputatalar dayandığı halda onların maaşı niyə artırılmır”.
Komitə sədri deyib ki, bu gün deputataın maaşı bi rayon məhkəmə sədrdindən, polis rəsisi və prokurorun maaşından azddır: “Bu gün hamı deputataın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki. bütün yük onların üzərinə düşür. Odur ki, deputataların da maaşı qaldırılmalıdır. Təkcə deputatalrın deyil, eyni zamanda parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır”.
Mürtəza
Gununsesi.info