Deputatlığa qeydə alınan namizəd sayı 1396 oldu

  • By admin
  • 15 Yanvar 2020 20:04
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.
Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib:
“Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1396 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.
Gununsesi.org