“Devalvasiya qaçılmazdır, vəziyyət çox gərgindir” – Ekspertdən AÇIQLAMA

  • By admin
  • 09 Mart 2020 11:53

“Vəziyyət çox gərgindir”.

Gununsesi.org-un xəbərinə görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“İlk olaraq hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi, və ya Böhran Masası qurulmalıdır. Prezidentin iştirakı ilə o masada həqiqətlər deyilməli, ciddi müzakirələr olmalı, effektiv və işlək qərarlar alınmalıdır. Nazirlər Kanineti alınmış qərarları icra etməli, buna nəzarəti isə Böhran Masası Sivil Toplum və media ilə birlikdə həyata keçirməlidir. Neft təbii ki, daim 30-35 dollar olmayacaq, oynamalar baş verəcək, amma bu ilin orta qiyməti 40 dollar civarında olacaq. Buna ölkə hazır deyil – təcili hazırlaşmaq lazımdır” – N.Cəfərli qeyd edib.

Gununsesi.org