Digər ölkə başçıları Trampa hörmət etmir - SORĞU

  • By admin
  • 09 Noyabr 2017 10:00

ABŞ vətəndaşlarının təxminən ikidə üçü güman edir ki, digər dövlət başçıları Donald Trampa qarşı xüsusi rəğbət bəsləmirlər.

Gununsesi.info xəbər verir ki, bunu CNN telekanalının sifarişi ilə “SSRS” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri göstərib.

Respondentlərin 68%-i güman edib ki, digər ölkə liderləri Donald Trampa hörmətlə yanaşmırlar. Rəyi soruşulanların 24%-i əks fikirdə olduqlarını bildirib, respondentlərin 8%-i sualı cavablandırmaqdan imtina edib.

Son sosioloji sorğuların nəticələrinə əsasən, ABŞ vətəndaşlarının 59%-i Trampın xarici siyasətini mənfi, 36%-i isə müsbət qiymətləndirib.

Gununsesi.info