DİM sədri Şəkiyə gedir

  • By admin
  • 20 İyun 2018 19:04

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

DİM-dən Axar.az-a bildirilib ki, qəbul iyunun 28-də saat 10:00-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 174) keçiriləcək.

Qəbulda Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonunun sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) doldurmaqla qeydiyyatdan keçmələri və ya qurumun Şəki regional bölməsinə müraciət etmələri xahiş olunur. Bununla yanaşı, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının təhsil şöbələrində iyunun 21-dən 27-nə kimi (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.