DİN ATV əməkdaşlarının döyülməsinə aydınlıq gətirdi

  • By admin
  • 06 İyun 2016 11:36

 din logo

Daxili İşlər Nazirliyi (DİN) “Azad Azərbaycan” televiziya kanalının (ATV) əməkdaşlarının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb.

Gununsesi.info  nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 4-də saat 19.00 radələrində ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.
Toplanmış material rayon prokurorluğuna göndərilib.

 Gununsesi.info