DİN-dən “Lider- Cola”dakı partlayışla bağlı -Açıqlama

  • By admin
  • 06 İyul 2016 15:33

cola

 

 

Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki “Golden Water” MMC-nin “Lider-Cola” istehsalat sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Gununsesi.info” ya verilən məlumata görə, iyulun 5-də saat 3 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin “Lider-Cola” istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, 1500-2000 kv.m ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.