DİN-dən “qara bazar” əməliyyatı

  • By admin
  • 20 Dekabr 2016 12:53

photo_89791

Şamaxı rayon sakini qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Anar
Gununsesi.info