
Hacıqabul şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb,digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info












