DİN karantin rejimi ilə bağlı “qaynar xətt” yaratdı

  • By admin
  • 28 Mart 2020 15:18

Respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb.

 

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz”, – məlumatda deyilir.

Gununsesi.org