DİN Şəmkirdəki dəhşətli intiharla bağlı məlumat yaydı

  • By admin
  • 26 İyul 2017 14:24

qatar

İyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Gununsesi.info