Diplomatik nümayəndəliklərdə yüksək seçici fəallığı olub

  • By admin
  • 11 Aprel 2018 18:18

“Saat fərqinə uyğun olaraq, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində keçirilən səsvermə başa çatıb. Seçkilər səfirlikdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib”.

Gununsesi.info xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev bildirib ki, yerli saata uyğun olaraq Vaşinqtondakı səfirliyimizdə seçki məntəqəsi bir saatdan artıq açılıb: “Təqribən saat yarımdan sonra Los-Ancelesdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelesdəki Baş Konsulluğumuz olacaq. Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub. Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermənin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir”.

Gununsesi.info