“Diqlas”da malları yananlara kompensasiya veriləcək - PREZİDENT ADMİNİSTRASİYASININ NÜMAYƏNDƏLƏRİ SAHİBKARLARLA GÖRÜŞDÜ

  • By admin
  • 28 Mart 2019 11:06

Nizami Rayon İcra Hakimiyyətində (RİH) “Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarların bir qismi ilə görüş keçirilib.

Gununsesi.org  xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.

Sahibklara bildirilib ki, dəymiş zərərə görə kompensasiya veriləcək.

Zərərçəkənlər qeyd ediblər ki, görüşdən razı qalıblar: “Dedilər ki, kompensasiya ödəniləcək. Bunun üçün vaxt müəyyən edilməyib. Bu gün dəymiş zərərə görə siyahıyaalınma işləri aparılacaq”.