Diri-diri basdırılan qadın ağıllı saat sayəsində sağ qalıb

  • By admin
  • 04 Noyabr 2022 20:49

ABŞ-da 53 yaşlı Kyonq adlı şəxs boşandıqdan sonra keçmiş həyat yoldaşını maddi məsələləri danışmaq üçün evinə çağırıb.

Gununsesi.info Metbuat.az-a istinadla xəbər verir ki, söhbət zamanı tərəflər arasında mübahisə baş verib. 53 yaşlı şəxs qadının əllərini və ayaqlarını bağlayaraq diri-diri basdırıb. Lakin qadın ağıllı saat sayəsində sağ qalıb. Məlumata görə, qadın hələ evdə olarkən mübahisə vaxtı ağıllı saat vasitəsilə həyəcan göndərib. Nəticədə polis qadını axtarmağa başlayıb.

Qadın basdırılandan qısa müddət sonra polis onu xilas edib. 53 yaşlı şəxs nəzarətə götürülüb. Şübhəli, qadının sağ olduğunu görəndə heyrətə gəlib.

Gununsesi.info