Doğma diyar- Azərbaycan!

  • By admin
  • 08 Sentyabr 2016 12:41

 hadi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə “Azərbaycan—Doğma Diyarımdır!” adlı məktəbli gənclər üçün təşkil olunmuş yay istirahət düşərgəsində görüş keçirib.

Gununsesi.info xəbər verir ki, əllidən çox yeniyetmə və gəncin iştirak etdiyi səmimi görüşdə ölkədə və dünyada baş verən proseslərdən,ölkə prezidenti İlham Əliyevin uşaqlar və gənclər, ümumilikdə ölkəmizin bütün sosial qrupları üçün apardığı genişmiqyaslı sosial siyasətdən danışaraq maraqlı diskussiya üçün şərait yaradılıb.

Tədbirdə iştirak edən respublikamızın Beyləqan, Zərdab, Lənkəran və digər rayonlarından olan məktəblilər-Əsədova Günül, Məmmədova Kəmalə, Əhədov Vəfadar millət vəkilinə onları maraqlandıran bir sıra suallar verib,  ətraflı cavaba görə məmnun qaldıqlarını bildiriblər.

Sonda yay düşərgəsinin dincələnləri adından onlara göstərilən bu qayğıya görə ölkə prezidentinə  öz təşəkkür və razılıqlarını bildirib, millət vəkili ilə xatirə şəkli çəkdiriblər.

Gununsesi.info