
Azərbaycan Mərkəzi Bankı (AMB) 29 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 29-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 28-i ilə 0,3% artaraq 1,7246 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,29% möhkəmlənərək 1,8278 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 0,48% artaraq 0,5046 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1383 manatdır. Beləliklə, funt sterlinq 0,59%-lik azalma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,41% ucuzlaşaraq 0,6830 manat olub.
Anar
Gununsesi.info