Dollar bahalaşıb - MƏZƏNNƏ

  • By admin
  • 08 Noyabr 2016 09:55

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 8 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 8-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 7-si ilə müqayisədə 0,54% möhkəmlənərək 1,6686 manata çatıb.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,26% bahalaşaraq 1,8424 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,55% bahalaşaraq 0,0262 manat səviyyəsinə çatıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,56% möhkəmlənərək 0,5258 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0671 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik azalma nümayiş etdirib.

Anar

Gununsesi.info