Dollar durmadan bahalaşır - MƏZƏNNƏ

  • By admin
  • 16 Noyabr 2016 10:01

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 16 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 15-i ilə müqayisədə 0,5% bahalaşaraq 1,7039 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,45% möhkəmlənərək 1,8302 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 3,5% bahalaşaraq 0,0266 manat olub.
Türkiyə lirəsinin məzənnəsi isə 0,35% artaraq 0,5180 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1232 manatdır. Beləliklə, funt sterlinq 0,33%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,96% bahalaşaraq 0,6864 manat olub.

Anar
Gununsesi.info