
Azərbaycan Mərkəzi Bankı (AMB) 30 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 30-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 29-u ilə müqayisədə 0,3% artaraq 1,7707 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1% möhkəmlənərək 1,8644 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,34% bahalaşaraq 0,0293 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,6% möhkəmlənərək 0,5023 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1745 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,5%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,3% möhkəmlənərək 0,6663 manat olub.
Anar
Gununsesi.info