
Azərbaycan Mərkəzi Bankı (AMB) 28 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 28-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 27-si ilə müqayisədə 0,23% artaraq 1,7662 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,8488 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% bahalaşaraq 0,0291 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,02% zəifləyərək 0,5012 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,36%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 2,7% möhkəmlənərək 0,6723 manat olub.
Anar
Gununsesi.info











