Azərbaycan Mərkəzi Bankı (AMB) 11 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 11-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% möhkəmlənərək 1,6869 manata çatıb.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33% möhkəmlənərək 1,8397 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,52% ucuzlaşaraq 0,0260 manata enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,52% zəifləyərək 0,5188 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdır. Beləliklə, funt sterlinq 1,72%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,29% azalaraq 0,6802 manat olub.
Anar
Gununsesi.info