Azərbaycan Mərkəzi Bankı (AMB) 13 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 13-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 12-si ilə müqayisədə dəyişməyərək 1,5986 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1% zəifləyərək 1,7663 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 12-si ilə müqayisədə 01,17% ucuzlaşaraq 0,0253 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,3% ucuzlaşaraq 0,5174 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9482 manatdır. Beləliklə, funt sterlinq 1%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,42% ucuzlaşaraq 0,6774 manat təşkil edib.
Anar
Gununsesi.info