Dolların məzənnəsi dəyişmədi, avro isə nisbətən bahalaşıb – MƏZƏNNƏ

  • By admin
  • 06 Dekabr 2016 10:02

Manat dollar nisbeti

Azərbaycan Mərkəzi Bankı (AMB) 6 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 6-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 5-i ilə müqayisədə dəyişməyərək 1,7339 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,93% zəifləyərək 1,8651 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0271 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 0,39% möhkəmlənərək 0,4923 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2098 manatdır. Beləliklə, funt sterlinq 0,44%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,71% ucuzlaşaraq 0,6760 manat olub.

Anar
Gununsesi.info