Dolların qiyməti dəyişmədi – MƏZƏNNƏ

  • Müəllif: admin
  • 01 Noyabr 2016 09:30

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 1noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 31-i ilə müqayisədə dəyişməyərək 1,6381 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,04% zəifləyərək 1,7959 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 31-i ilə müqayisədə 0,38% ucuzlaşaraq 0,0259 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,42% möhkəmlənərək 0,5288 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0034 manatdır. Beləliklə, funt sterlinq 0,31%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,31% ucuzlaşaraq 0,6840 manat təşkil edib.

Anar
Gununsesi.info