Donald Tramp Məhəmməd Əliyə bəraət verə bilər

  • Müəllif: admin
  • 08 İyun 2018 17:20

ABŞ Prezidenti Donald Tramp mərhum boksçu Məhəmməd Əliyə ölümündən sonra bəraət verə bilər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə D.Tramp özü bildirib.

 Qeyd edək ki, Məhəmməd Əli 1967-ci ildə Vyetnam müharibəsi zamanı hərbi çağırışdan yayındığı üçün 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

Bir müddət əvvəl Donald Tramp digər boksçu – 1913-cü ildə irqi ayrı-seçkilik zəminində həbs olunmuş Cek Consona da ölümündən sonra bəraət vermişdi.