Donald Tramp məhkəməyə verilir

  • Müəllif: admin
  • 30 Sentyabr 2017 09:20

tramp-5

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı (ACLU) prezident Donald Trampın imzaladığı son miqrasiya fərmanı ilə əlaqədar ölkə başçısına qarşı məhkəmə iddiası qaldıracaqlar.

Sentyabrın 25-də Tramp 8 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb.

Fərmanla KXDR, Venesuela, Çad, İran, Suriya, Somali, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub.

Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.

Gununsesi.info