Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini qovub - "MƏN ONUN TƏKLİFLƏRİNDƏN ÇOXU İLƏ RAZILAŞMIRDIM"

  • By admin
  • 10 Sentyabr 2019 21:27

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu qovub.

Gununsesi.org xəbər verir ki, bu barədə Tramp öz “Twitter” hesabında yazıb.

“Mən demək olar ki, onun təkliflərindən çoxu ilə razılaşmırdım. Ona görə də, xahiş etdim ki, istefa versin. Bolton da bu gün səhər istefasını yazdı”, – deyə ABŞ dövlət başçısı bildirib.

O, Boltona xidmətlərinə görə təşəkkür edib və təhlükəsizlik üzrə yeni köməkçisinin adını gələn həftə açıqlayacağını bildirib.

Gununsesi.org