
ABŞ prezidenti Donald Tramp vaxtı ilə münasibətdə olduğu pornoaktrisaya susması üçün 130 min dollar ödəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Wall Street Journal”ı yazıb.
Jurnalın yazdığına görə, pulu pornoaktrisa Stefani Klifforda Trampın keçmiş vəkili çatdırıb. Pul 2016-cı ilin oktyabr ayında ABŞ-da prezident seçkiləri ərəfəsində verilib.
Jurnal yazıb ki, aktrisa ilə milyarder Donald Tramp 2006-cı ilin iyulunda Taxo gölündə kurortda qolf oyunu zamanı intim münasibətdə olub.
O zaman Tramp Melanya Trampla ailə həyatı qurubmuş. Onların toyu 2005-ci ildə olub.
Trampın vəkili Maykl Koen jurnalın bu iddialarını təkzib edib: “Bu söz-söhbət 2011-ci ildən etirbarən dolaşmaqdadır. Prezident Tramp özü də aktirsa ilə intim münasibətdə olduğunu təkzib edib”.
Vəkil onu da əlavə edib ki, aktrisa da ondan pul almasını təkzib edib.
Gununsesi.info