“Donald Tramp Putinə yaltaqlanır” - OBAMA

  • By admin
  • 28 İyul 2016 12:12

trump-obama-clinton

 

ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampı tənqid atəşinə tutub. Obama Donald Trampı Rusiya prezidenti Vladimir Putinə yalataqlanmaqda (“podlizıvaetsya”) ittiham edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,Obamanın dediyinə görə, Donald Tramp Baltikdən Birmayadək milyonlarla kişi, qadın və uşaqların Amerikanın azadlığın, insan hüquqlarının simvolu olması ilə bağlı indiyədək dediklərinin səsini eşitmir. “Tramp Putinə yaltaqlanır, diktator Səddam Hüseynin fəaliyyətini yüksək qiymətləndirir, 11 sentyabrdan sonra ABŞ-ın NATO-kı müttəfiqlərini qurumda qalmaq istəyirlərsə, üzvlük köçürməlidirlər, deyir…”- deyə, Obama vurğulayıb.

Obama əlavə edib ki, Amerikanın vədləri qiymətlə ölçülmür: “Biz üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Bu əsas prinsiplərindən biridir ki, bütün ölkələr Yer üzündə Amerikanı güclü ölkə kimi görür və hörmət edir. Və məhz buna görə də səkkiz il bundan öncəkindən daha çox hörmət edirlər”.

Gununsesi.info