Donald Trampa məxsus qolf klubunda atışma olub

  • By admin
  • 18 May 2018 15:52


ABŞ prezidenti Donald Trampa məxsus qolf klubunda atışma olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Doral şəhərinin polisi tvitterdə məlumat yayıb. Bildirilir ki, silahlı hücum Florida ştatında qeydə alınıb. Məlumata görə, insidenti törədən şübhəli şəxs saxlanılıb və xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə dəqiq məlumat yoxdur.

Atışma zamanı heç kəs xəsarət almayıb.
Gununsesi.info